Fil Dişi Sahili millisi ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, yığmanın müdafiəçisi Vilfrid Sinqo zədələnib.

 

Almaniya ilə dünya çempionatının II tur matçında (1:2) zədələnən oyunçu azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Sinqo "Qalatasaray" klubunun da üzvüdür.

 

Fil Dişi Sahili yığması mundialda qrupda Almaniya, Ekvador və Kurasao ilə mübarizə aparır. Yığma 1 xalla qrupda ikinci sıradadır.