Çimərlik futbolu üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Komanda B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya ilə üz-üzə gələcək.
A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.
Qeyd edək ki, turnir iyulun 15-17-si aralığında baş tutacaq