Qazaxıstan Futbol Federasiyası (KFF) Talqat Baysufinovun milli komandanın baş məşqçisi vəzifəsindən istefasını qəbul edib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib.
KFF rəhbərliyi məşqçinin qərarına hörmətlə yanaşıb və onun getməsindən təəssüfləndiyini bildirib. Federasiya açıqlamasında məşqçiyə peşəkarlığına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə təşəkkür edib.
Qeyd edək ki, Baysufinovun rəhbərliyi altında Qazaxıstan millisi son dövrlərdə ən yaxşı nəticəsini qazanıb, o cümlədən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Belçika ilə tarixi heç-heçəyə (1:1) imza atıb.