İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-da Səudiyyə Ərəbistanına qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. Sport24.az xəbər verir ki, 17 yaşlı vinger qol vurduğu və komandasının 4:0 hesabıyla qalib gəldiyi matçla bağlı bunları deyib:

 

"Dünya çempionatında qol vurmaq inanılmazdır. Hər zaman bunu arzulamışam və start heyətdə çıxdığım ilk oyunda bunu bacardığım üçün çox xoşbəxtəm. Xəyalım gerçəkləşdi. Son dünya çempionatını məktəbdə izləmişdim, indi isə burda qol vururam. Özümlə qürur duyuram".