"İnter" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyə planlaşdırır. Sport24.az xəbər verir ki, Milan təmsilçisinin əsəs hədəfi "Roma"da çıxış eden Evan Endikadır.

Bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "nerazzurri" rəhbərliyinin Kot-d'İvuarlı müdafiəçinin profilini çox bəyəndiyi və artıq hərəkətə keçdiyi bildirilir.

Qeyd edək ki, "Roma" Evan Endikanı 2023-cü ilin yayında azad agent statusu ilə transfer etmişdi. Təcrübəli müdafiəçi başa çatan mövsümdə Seria A təmsilçisinin heyətində 42 rəsmi matçda 5 qol vurub.