Fransa millisinin və "Real"ın futbolçusu Kilian Mbappe gələcəkdə MLS-də oynamaq ehtimalından danışıb. Sport24.az xəbər verir ki, hücumçu bu barədə insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq deyib:

 

"Bir gün MLS-də oynamaq? Bilmirəm, Devid Bekhem bu barədə mənimlə dəfələrlə danışıb. ABŞ-ni bəyənirəm, burda möhtəşəm ambisiyalar var. Ancaq hələ Avropadayam. Gələcəkdə necə olacağını görəcəyik".

 

Mbappenin "Real"la müqaviləsi 2029-cu ilin yayına kimidir. 27 yaşlı hücumçu hazırda Fransa yığması ilə ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında mübarizə aparır.