"Qarabağ"ın Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliçin transferi üçün ödədiyi məbləğ məlum olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi 27 yaşlı qolkiperin keçidi üçün Xorvatiyanın "Riyeka" klubuna 500 min avro ödəyib.

Danışıqların ilkin mərhələsində Xorvatiya klubu futbolçu üçün daha yüksək məbləğ tələb edib. Lakin tərəflər arasında aparılan müzakirələr nəticəsində ortaq məxrəcə gəlmək mümkün olub və transfer 500 min avro qarşılığında reallaşıb.

Qeyd edək ki, "Qarabağ" Martin Zlomisliçlə 3+1 illik müqavilə imzalayıb.