"Mançester Yunayted" yarımmüdafiəçisi Manuel Uqarte ilə yollarını ayırmaq üçün onun satışından zərər etməyə razıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Premyer Liqanın maliyyə davamlılığı qaydalarına əsasən, "Mançester Yunayted"in zərərə düşməməsi üçün Uqarteni ən azı 25,38 milyon funt-sterlinqə satması lazımdır. Buna baxmayaraq, klub rəhbərliyi futbolçunun transferindən maliyyə itkisini qəbul etməyə hazırdır.

Qeyd edək ki, Manuel Uqarte 2024-cü ilin yayında 42,3 milyon funt-sterlinqə qarşılığında PSJ-dən "Mançester Yunayted"ə transfer olunmuşdu.