"Mançester Yunayted" yeni stadionun tikintisi üçün böyük torpaq sahəsi alıb. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Klub hazırkı "Old Trafford" stadionundan təxminən 350 metr şimal-qərbdə yerləşən 25 akr ərazini (10 hektardan çox) əldə edib.
"Qırmızı şeytanlar"ın 100.000 nəfərlik yeni arena ilə "Old Trafford"un ətraf ərazisini canlandırmağı və dünyanın ən dinamik və əhəmiyyətli idman və əyləncə məkanlarından birini yaratmağı planlaşdırdığı bildirilir. Arenanın baş planının iyulun 9-da təqdim edilməsi gözlənilir.