İordaniya - Əlcəzair oyunu ilə futbol üzrə dünya çempionatının J qrupunda II tura yekun vurulub. Sport24.az xəbər verir ki, matç San Fransisko şəhərində keçirilib.

 

Sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə etdiyi qarşılaşmada azarkeşlər ilk qolu 36-cı dəqiqədə görüblər. İordaniyanın heyətində Nizar Mahmud Əl-Rəşdan fərqlənib. Afrika təmsilçisi 66-cı dəqiqədə hesabı bərabərləşdirib. Nadir Benbuali əlcəzairli azarkeşləri sevindirən qola imza atıb. 82-ci dəqiqədə isə Əlcazir millisi geridönüş edərək, Amin Quiqinin qolu ilə hesabda önə çıxıb. Bu həm də matçda vurulan son qol olub.

 

Qeyd edək ki, qrupun digər oyununda Avstriya millisini 2:0 hesabı ilə məğlub edən Argentina 6 xalla həm zirvədə qərarlaşıb, həm də vaxtından əvvəl pley-offa vəsiqə qazanıb. 

 

J qrupu, II tur

İordaniya - Əlcəzair 1:2

Qollar: Nizar Mahmud Əl-Rəşdan, 36 - Nadir Benbuali, 66. Amin Quiqi, 82.