"Barselona"nın qapıçısı İnaki Penya karyerasını Yunanıstanda davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Kataloniya klubu 27 yaşlı qokiperi 3 milyon avroya "Panatinaikos"a satmağa razılıq verib.

 

İspaniyalı "çərçivə qoruyucusu"nun bir il də uzatmaqla şərti ilə yunanlarla üç illik müqavilə imzalayacağı bildirilir.

 

Qeyd edək ki, Penya ötən mövsümü icarə əsasında "Elçe"də keçirib. O, 16 La Liqa matçında 28 qol buraxıb və dörd dəfə qapısını toxunulmaz saxlayıb.