Tiaqo Silva "Fluminense"yə keçməyə yaxındı. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, müdafiəçi köhnə-yeni klubu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalayacaq. 41 yaşlı Silva 2006, eləcə də 2007-2009 və 2024-2025-ci illərdə Braziliya təmsilçinin formasını geyinib.
Qeyd edək ki, may ayında "Porto" Silva ilə yollarını ayırdığını açıqlayıb. Daha əvvəl onun "Milan"a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.