"Real" "Arsenal"ın müdafiəçisi Pyero İnkapinin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

"Kral klubu"nun baş məşqçisi Joze Mourinyo sol ayaqlı mərkəz müdafiəçisini sərəncamında görmək istəyir.

 

Bu arada, Madrid təmsilçisi Asensio üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

 

Qeyd edək ki, 24 yaşlı İnkapi hazırda Leverkuzen "Bayer"ində icarədədir. Londonluların Almaniya klubu ilə müqaviləsində 52 milyon avroluq məcburi satınalma bəndi var.