"Monako" və ABŞ millisinin hücumçusu Folarin Baloqun yay "transfer pəncərəsi"ndə klubdan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 24 yaşlı futbolçu ilə Premyer Liqa və digər Avropa klubları maraqlanır.

 

"Monako"nun hücumçunun satışından təxminən 50 milyon avro gəlir əldə etməyi planlaşdırır. Futbolçunun "Knyazlıq klubu" ilə anlaşması 2028-ci ilin yayında başa çatır və yeni müqavilə ilə bağlı danışıqla getmir.

 

Baloqun "Monako"ya 2023-cü ilin yayında "Arsenal"dan keçib. Ötən mövsüm hücumçu bütün yarışlarda 43 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, forvard DÇ-2026-nın qrup mərhələsinin I turunda ABŞ-nin Paraqvay üzərində (4:1) qələbə qazandığı oyunda iki qol vurub.