Madrid "Atletiko"su hücumçusu Xulian Alvareslə maraqlanan "Barselona"ya qəti və sərt cavab verib. Sport24.az "As" nəşrinə istinadən xəbər verir ki, Madrid rəhbirliyi"Barselona"ya mesaj göndərərək, futbolçunun müqaviləsindəki 500 milyon avroluq sərbəstqalma məbləği ödənilməyəcəyi təqdirdə danışıqlar masasına belə oturmayacaqlarını bəyan ediblər.

Mənbənin sözlərinə görə, Madrid klubu"Barselona"nın oyunçunun ailə üzvləri ilə birbaşa əlaqə saxlamasından narazıdır. "Atletiko" bunu mövcud transfer qaydalarının pozulması kimi qiymətləndirir və hətta Kataloniya təmsilçisini məhkəməyə vermək variantını nəzərdən keçirir.

Qeyd edək ki, 26 yaşlı hücumçunun "Atletiko" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Daha əvvəl futbolçunun Madrid klubunu tərk etməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.