"Hazırda ölkəm Braziliyada yaşayıram. Amma hər şey yaxşı bir təklifdən asılıdır". Bu sözləri Sport24.az-a açıqlamasından futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın sabiq üzvü Amadeu deyib.
"May ayında "Neftçi" klubu mənimlə əlaqə saxladı. Bildirdilər ki, məni Azərbaycana qaytarmaqla bağlı planları var. Yenidən əlaqə saxlayacaqlarını dedilər. Mənim həyat yoldaşım və iki övladım var, buna görə də qərar veriləcək təklifin şərtləri mənim üçün çox önəmlidir", - deyə təcrübəli oyunçu qeyd edib.
Qeyd edək ki, Amadeu hazırda ölkəsinin "Marreko" klubunda çıxış edir.