Seneqalla oyunda dubl edən Kilian Mbappe dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdırdı. Sport24.az xəbər verir ki, fransalı forvard bu göstəricidə portuqaliyalı Kriştiano Ronaldonu geridə qoyub.

 

Mbappe artıq almaniyalı Miroslav Kloze ilə eyni sayda qol vurub.

 

Qeyd edək ki, dünya çempionatları tarixində ən çox fərqlənən oyunçu isə argentinalı Lionel Messidir. Avstriya ilə matçda dubl edən ulduz futbolçunun aktivində 18 qol var.