"Barselona" əsas transfer hədəfi olan Madrid "Atletiko"sunun hücumçusu Julian Alvaresi "rənglərinə bağlamağı" bacarmasa, diqqəti "Mançester Yunayted"in hücumçusu Benyamin Şeşkoya yönəldəcək. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" isə sloveniyalı futbolçunu "toxunulmaz" hesab edirlər və onu satmaqda maraqlı deyillər. "Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik 23 yaşlı hücumçunu komandanın uzunmüddətli layihəsində əsas oyunçu hesab edir.
Qeyd edək ki, Şeşko ötən mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 12 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 75 milyon avro təşkil edir.