Hazırda davam edən dünya çempionatının I qrupunun II turunda Fransa millisi növbəti matçını kçirib. Sport24.az xəbər verir ki, Didye Deşamın rəhbərlik etdiyi komanda İraqla qarşılaşıb.

 

Filadelfiyada baş tutan görüş avropalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb. "Xoruzlar"ın heyətində Kilian Mbappe (14, 54) dubl edib. Dembele isə 66-cı dəqiqədə hesab arasında fərqi 3 topa çatdırıb.

 

Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra oyunda fasilə yaranıb. Görüşdə ikinci yarınınstartı güclü yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağış azaldıqdan sonra matç yenidən davam etdirilib.