Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən "Neftçi" yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, Bakı klubu I Liqa təmsilçisi "Şahdağ Qusar"la qarşılaşıb.
"Palms Sports" Futbol Mərkəzində baş tutan görüş "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub. Rəqibin qolu isə 81-ci dəqiqədə vurulub.
"Neftçi": 1.Emil Balayev (93.Rza Cəfərov, 31/13.Kenan Piriç, 61), 3.Rüfət Abbasov (24.Mustafa Sek, 46), 7.Emil Səfərov (4.Elvin Camalov, 67), 8.Emin Mahmudov (K) (20.Qustavo Klisman, 46), 10.Freddi Varqas (19.Ağadadaş Salyanski, 67), 14.Elvin Bədəlov (55.Endryu Qravilyon, 46), 17.Murad Xaçayev (5.İqor Ribeyro, 46), 18.İfeanyi Metyu (6.Sessi D"Almeyda, 46), 29.Lyubomir Tupta (28.Alessio Kurçi, 67), 33.Breno Almeyda (82.Məhəmməd Məmmədli, 67), 77.Falaye Sako (80.Aslan Şirinov, 46).
Qeyd edək ki, "Neftçi" 1-ci turda "Sumqayıt"ın qonağı olacaq. İlk turun görüşləri 14-17 tarixlərində keçiriləcək.