Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo Madeyrada keçiriləcək dəbdəbəli toy mərasimində Corcina Rodrigeslə evlənməyə hazırlaşır. Sport24.az "The Sun"a istinadən xəbər verir ki, 41 yaşlı futbolçunun 32 yaşlı Corcina ilə nikahının bu gün Funşal Katedralində bağlanması, ardınca isə toy mərasimi ziyafətinin beşulduzlu "Savoy Palace" otelində keçirilməsi planlaşdırılır.

 

Otel müştərilərinə cümə və şənbə günləri iki mərtəbənin, eləcə də barlara ayrılmış bir çox sahənin istifadəyə bağlı olacağı bildirilib.

 

Toy ziyafətinin otelin möhtəşəm bal zalında və ya damdakı "Galáxia" restoranında keçirilməsi planlaşdırılır. Şam yeməyini məşhur aşpaz Roberto Barroşun hazırlayacağı, menyuda isə Madeyra mətbəsinə məxsus təamların müasir təqdimatla qonaqlara təqdim olunacağı bildirilir.

 

Mərasimdən sonra cütlük Avropanın ən böyük sağlamlıq və SPA mərkəzlərindən birində dincələcək.

 

Madeyranın toy məkanı kimi seçilməsi Ronaldo üçün xüsusi simvolik məna daşıyır. Funşal futbol Kriştianonun doğulub böyüdüyü yerdir və burada onun şərəfinə ucaldılmış bürünc heykəl yerləşir. Həmçinin otellərdən biri də onun adını daşıyır.

 

Qeyd edək ki, Kriştianu Ronaldo ötən yay səkkiz illik münasibətdən sonra Corcina Rodriqesə evlilik təklifi etmişdi.