"Çelsi"nin baş məşqçisi Xabi Alonso London komandasının sükanı arxasına təyin olunmasını ilk dəfə şərh edib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun tarixinin və potensialının onu cəlb etdiyini vurğulayıb:

 

​"Niyə məhz "Çelsi"? Mən futbolu sevirəm. "Çelsi" dünyanın ən böyük klublarından biridir. Bu imkandan qürur duyuram və məmnunam. ​"Çelsi" böyük potensialı olan klubdur. Artıq mənim arzum və məqsədim uğur qazanmaqdır".

 

Qeyd edək ki, Xabi Alonso "Çelsi" ilə 4 illik müqavilə imzalayıb.