"Arsenal" heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İngiltərə çempionu "Nyukasl"dan Bruno Gimaraeşi transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Arsenal" braziliyalı futbolçu üçün 87 milyon avro təzminat ödəyib. 27 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvarında "Lion"dan 50 milyon avroya transfer etmişdi. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "sağsağanlar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.