"Ayaks" "Napoli"nin cinah oyunçusu Noa Lanqa ciddi maraq göstərir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Amsterdam klubu hələlik rəsmi təklif göndərməsə də danışıqlara hazırlaşır. "Napoli" 27 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Lanq həmçinin "Tvente", "Brügge" və PSV-də də oynayıb. Ötən yay cinah oyunçusu 25 milyon qarşılığında "Napoli"yə keçib. Lanq ötən mövsümün bir hissəsini icarə əsasında "Qalatasaray"da keçirib.