"Fənərbaxça" "Napoli"nin hücumçusu Romelu Lukaku ilə müqavilə imzalaya bilər. Sport24.az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı belçikalı İstanbul klubuna təklif olunub. Oxşar təklif qış "transfer pəncərəsi" zamanı və təxminən bir ay əvvəl də edilmişdi.
İtaliya mediasının məlumatına görə, "Napoli" mərkəz hücumçusu üçün 10 milyon avroluq təklifləri qəbul etməyə hazırdır. "Monako" və Səudiyyə Ərəbistanı klubları da Belçika millisinin hücumçusu ilə maraqlanırlar.
qeyd edək ki, Lukaku 2025/26 mövsümündə "Napoli"nin heyətində bütün turnirlərdə 7 oyun keçirib və 1 qol vurub. Hücumçu zədə səbəbindən mövsümün böyük hissəsini buraxıb. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.