"Səbail"in sabiq baş məşqçisi Mahmud Qurbanov U-18 millisinin "sükanı arxasına" keçəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, artıq bu yöndə AFFA rəhbərliyi ilə "professor" arasında ilkin razılıq əldə olunub. d

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən 53 yaşlı mütəxəssis xəbəri təsdiqləyib:

 

"Hazırda AFFA ilə ilkin danışıq olub. Məsələ tam rəsmiləşəndən sonra suallarınıza ətraflı cavab verə bilərəm".

 

Qeyd edək ki, Mahmud Qurbanov məşqçi karyerası ərzində "Səbail" ilə yanaşı, Kəpəz"i də çalışdırıb. O, 2013-14-cü illər aralığında əsas millinin məşqçilər korpusunda yer alıb.