Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia milli komandanın baş məşqçisi Lionel Skaloninin gələcəyi ilə bağlı danışıb. O, baş məşqçini milli komandada qalmağa inandıra biləcəyinə əmin olduğunu bildirib. Sport24.az xəbər verir ki, federasiya prezidenti bu barədə "TyC Sports"-a açıqlama verib:

 

"Lioneli çox sevirəm. O, burada çətin günlər yaşayıb. Hamımız onun qalmasını istəyirik. Danışıqlar çox irəliləyib. Mənim A, B və C planlarım Skalonidir".

 

Qeyd edək ki, 48 yaşlı Skaloninin müqaviləsi bu ilin sonunda bitir.