Azərbaycanlı futbolçu Elvin Yunuszadə Türkiyənin "Boluspor" klubunda debüt edib. Sport24.az xəbər verir ki, müdafiəçi I turda "Manisa" ilə matçda start heyətdə meydana çıxıb.
34 yaşlı oyunçu 58-ci dəqiqədə əvəzlənib.
Matç "Manisa"nın qələbəsiylə başa çatıb – 2:1.
Elvin daha əvvəl Azərbaycanda "Qarabağ", "Neftçi", "Sabah", "Kəpəz", "Qəbələ", "Karvan-Yevlax"da çıxış edib.