II Liqada çıxış edən "Qaradağ Lökbatan" klubunun yeni baş məşqçisi Amit Quluzadə olacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında razılıq əldə olunub.
33 yaşlı mütəxəssis yeni mövsümdə Lökbatan təmsilçisinə rəhbərlik edəcək.
Qeyd edək ki, komandanı ötən mövsüm Qəzənfər Abbasov çalışdırırdı.