"Mançester Siti" yarımmüdafiəçi Əyyub Buaddinin transferi ilə bağlı "Lill"lə prinsipial razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder David Ornşteyn məlumat yayıb.

 

Mənbənin sözlərinə əsasən, İngiltərə klubu keçidə görə Fransa təmsilçisinə 129 milyon avro birdəfəlik ödəniş etməklə yanaşı, 6 milyon avro da bonus şəklində ödəyəcək. 

 

"Mançester Siti"nin Buhaddi ilə şəxsi müqaviləsinin müddəti 2031-ci ilə qədər qüvvədə olacaq. 

 

Qeyd edək ki, Buaddi 2025/26 mövsümündə "Lill"in heyətində bütün turnirlərdə 42 oyun keçirib və bir məhsuldar ötürmə edib. Yarımmüdafiəçi DÇ-2026-da il Mərakeş millisində 5 oyun keçirib.