"Milan" yarımmüdafiəçi İsmael Bennaserlə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

Əlcəzairli yarımmüdafiəçi 2019-cu ildən "qırmızı-qaralar"ın formasını geyinirdi. yarımmüdafiəçi 2021/22 mövsümündə Milan klubunun heyətində İtaliya çempionluğunu qazanıb.

 

28 yaşlı Bennaserin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir. 

 

İnsayder Fabrizio Romanonun sözlərinə görə, oyunçu artıq Qətərin "Əl-Qarafa" klubu ilə ortaq məxrəcə gəlib.