"Liverpul" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər artıq razılığa gəliblər. "Barselona"nın idman direktoru Deko da 27 yaşlı uruqvaylı futbolçunun icarəyə veriləcəyini təsdiqləyib. Müqavilənin müddəti bir illik olacaq.

 

Qeyd edək ki, Arauxo 2025/26 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 38 oyunda iştirak edib və 4 qol vurub.