"Selta" Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındırı heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

La Liqa klubu 28 yaşlı qolkiperi satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb. İnsayder Fabritsio Romanonun məlumatına görə, satınalma məbləği 4 milyon avrodur. Lakin bu rəqəm Bayındırın oyun vaxtından asılı olaraq dəyişə bilər.

 

Türkiyəli qapıçı 2023-cü ildən "Mançester Yunayted"də çıxış edirdi və klub tarixində bu formanı geyinən ilk türk futbolçu olub. O, daha əvvəl 4 mövsüm "Fənərbaxça"da oynayıb və komandanın kapitanlarından biri olub.

 

Bayındır birbaşa İtaliyaya yollanaraq "Selta"nın mövsümöncəsi təlim-məşq toplanışına qoşulacaq. Klaudio Xiraldezin komandası burada "Sassuolo" və "Napoli" ilə yoldaşlıq görüşləri keçirəcək.