"Mançester Siti"nin keçmiş sol cinah müdafiəçisi Angelino "Deportivo" ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə ispaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

İspaniya klubu 29 yaşlı futbolçunu "Roma"dan 2027-ci ilin yayına qədər icarəyə götürüb. İki klub arasında əldə olunan razılaşmaya əsasən ispanlar gələn yay müdafiəçinin transfer hüququna da sahib çıxa bilər. 

 

Angelino ötən mövsüm "Roma"nın heyətində bütün turnirlərdə cəmi 9 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən "Deportivo" yenidən La Liqaya qayıdıb. La Krunya təmsilçisi ötən ay "Barselona" və "Arsenal"ın keçmiş hücumçusu Pyer-Emerik Obameyanqla müqavilə imzalayıb.