Madrid "Atletiko"su Norveç millisinin hücumçusu Aleksandr Sörlotla yollarını ayırmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Madrid klubu 30 yaşlı norveçli üçün 40 milyon avro istəyir. Türkiyə klubları da oyunçu ilə maraqlanır. Futbolçunun özü sərfəli təklif alacağı təqdirdə klubunu dəyişəcəyi istisna etməyib.

 

Qeyd edək ki, Sörlot ötən mövsüm bütün turnirlərdə 54 oyunda iştirak edib, 20 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçu DÇ-2026-da 5 oyun keçirib.