Voleybol üzrə son ölkə çempionu "Turan" Cənubi Koreya millisinin sabiq ötürücüsü Dayeonq Lini heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, 29 yaşlı voleybolçu 2026/27 mövsümündə tovuz təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, Dayeonq Li 2013-2021-ci illərdə Cənubi Koreya millisinin üzvü olub. O, yığmanın heyətində FIVB dünya çempionatı, Voleybol Millətlər Liqası, Asiya çempionatı, Asiya Oyunları və Olimpiya Oyunlarının təsnifat turnirlərində iştirak edib.