İyul ayında karyerasını başa vuran ingilis hakim Entoni Teylor Türkiyə Futbol Federasiyasının (TFF) elit hakimlər korpusunun direktoru təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, 47 yaşlı mütəxəssis türk hakimlərinin strateji və texniki inkişafına, UEFA və FIFA standartlarına uyğun hakimlik sisteminin təkmilləşdirilməsinə, eləcə də təhsil proqramlarının və matç təhlili proseslərinin hazırlanmasına cavabdeh olacaq.
Qeyd edək ki, Teylor İngiltərə Premyer Liqasında 433 oyun idarə edib. Onun beynəlxalq arenada da böyük təcrübəsi var. İngilis referi ümumilikdə, 831 oyunda hakimlik edib. Onun idarə etdiyi sonuncu qarşılaşma DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində baş tutan Portuqaliya - İspaniya görüşü olub.