Frank Lampardın baş məşqçisi olduğu "Koventri"s Danimarka futbolunun tarixinə düşəcək rekord transferi həyata keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə "Tipsbladet" portalı məlumat yayıb. 

 

İngiltərə klubu "Nordşelland"ın yarımmüdafiəçisi Kaleb Jirenkini 27 milyon avro birdəflik,3 milyon avro bonus ödəmək şərti ilə transfer edir. Bu, Danimarka futbol tarixində rekord göztərici olacaq.

 

Qeyd edək ki, 20 yaşlı futbolçu artıq tibbi müayinədən keçib və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.