"Bornmut" İspaniya millisinin sağ cinah müdafiəçisi və Olimpiya çempionu Xuanlu Sançes ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Mediada yayılan xəbərlərə görə, ingilislər 22 yaşlı futbolçu üçün 11 milyon avro ödəyib və onunla 2031-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Sançes 2025/26 mövsümündə bütün turnirlərdə 35 oyun keçirib və 3 məhsuldar ötürmə edib.