"Xankəndi"də maliyyə problemləri davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm qazanılan çempionluğa görə futbolçulara vəd olunan mükafatlar hələ də ödənilməyib. Bu səbəbdən bir neçə futbolçu etiraz əlaməti olaraq komandadan ayrılıb.

Maraqlıdır ki, komandaya yeni cəlb olunan futbolçuların klubdakı maliyyə problemləri və ödənilməyən bonuslardan xəbərsiz olduqları bildirilir. Rəhbərlik isə maliyyə çatışmazlığını əsas gətirərək hazırda ödəniş etmək imkanlarının olmadığını qeyd edir.

Xatırladaq ki, Qarabağ bölgəsini təmsil edən klub ötən mövsüm Azərbaycan II Liqasında çempion olub.