Hücumçu İbrahima Mbaye yeni mövsümdə PSJ-də əsas heyətdə yer alacağını düşünsə də, indi klubunu dəyişməyə ümid edir. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 18 yaşlı seneqallı DÇ-2026-dan sonra Fransada qalmaqda qərarlı idi. Lakin Paris klubunun idman direktoru Luis Kampos və baş məşqçi Luis Enrike oyunçuya icarəyə getmək təklif olunub.
Bir müddət əvvəl mediada Mbaye ilə "Liverpul" və Leverkuzen "Bayer"inin maraqlandığı barədə xəbərlər yayılmışdı.
Oyunçunun PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Mbaye 2025/26 mövsümündə bütün turnirlərdə 31 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.