İsrailin "Makkabi" (Təl-Əviv) klubunun "Qarabağ"ın maraq göstərdiyi Helio Varela üçün tələb etdiyi məbləğ müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Təl-Əviv təmsilçisi 24 yaşlı vingerin transferindən 4 milyon avro qazanmaq niyyətindədir.

İndiyədək futbolçu üçün daxil olan təkliflərin isə 3 milyon avronu keçmədiyi bildirilir.

Türkiyənin "Samsunspor" və Serbiyanın "Srvena Zvezda" klubları da Kabo-Verde millisinin üzvünü heyətinə qatmaq istəyir. Lakin "Makkabi"nin 4 milyon avroluq tələbi hazırda transferin reallaşmasına əsas maneədir.

Görünən odur ki, Varelanın bu məbləğ qarşılığında "Qarabağ"a keçidi baş tutmayacaq. Çünki Ağdam təmsilçisinin 24 yaşlı futbolçu üçün 4 milyon avro ödəmək niyyətində olmadığı bildirilir.

Helio Varela bu il DÇ-2026-da da diqqət mərkəzinə düşüb. O, Kabo-Verde millisinin qrup mərhələsində Uruqvayla 2:2 hesablı tarixi heç-heçəsində komandasının bərabərlik qolunu vurub. Varelanın 61-ci dəqiqədəki qolu Kabo-Verdiyə dünya çempionatında Uruqvayla oyunda bir xal qazandırıb.