Braziliyanın "Botafoqo" klubu Pedro Bikalyo ilə bağlı növbəti dəfə "Qarabağ"la əlaqə saxlayıb. Sport24.az xəbər verir ki, bu barədə "ge.globo" məlumat yayıb.

Məlumata görə, Braziliya təmsilçisi yay transfer dönəmində yarımmüdafiəçinin keçidi ilə bağlı bir daha Ağdam klubuna müraciət edib. "Botafoqo"nun təklifinin 1,5 milyon dollar olduğu bildirilib. Lakin "Qarabağ" bu məbləği də qəbul etməyib.

Nəşrin məlumatına görə, bundan sonra "Botafoqo" həmin mövqeyə Dominqos Andradeni transfer edib. Braziliya klubu Pedro Bikalyo ilə bağlı danışıqları davam etdirməmək və futbolçunun transferində israr etməmək qərarına gəlib.

Bundan əlavə, "ge.globo" "Qarabağ"ın Pedro Bikalyo üçün Rusiyanın "Rubin" klubundan gələn 2,5 milyon dollarlıq təklifi də rədd etdiyini yazıb.

Qeyd edək ki, "Botafoqo" ötən transfer dönəmində Pedro Bikalyo üçün "Qarabağ"a iki dəfə rəsmi təklif göndərmişdi.