Yarımmüdafiəçi Mark Kasado "Barselona"dan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

İspan futbolçu komandanın yay toplanışına qoşulmayacaq.

 

22 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Barselona" akademiyasındadır. O, 2022-ci ildən əsas komandaya qoşulub. 49 oyuna çıxan Kasado 1 qola imza atıb.

 

Kasado 2024-cü ildə İspaniya millisində debüt edib.