"Atletiko"nun futbolçusu Tyaqo Almada karyerasını ölkəsində davam etdirəcək. Sport24.az xəbər verir ki, "River Pleyt" argentinalı vingeri transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"River Pleyt" Almada üçün İspaniya klubuna 20 milyon dollar təzminat ödəyib. 25 yaşlı oyunçu ilə 2029-cu ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Atletiko" Tiaqo Almadanı 2025-ci ilin yayında "Botafoqo"dan 21 milyon avroya transfer edib. Argentina millisinin üzvü madrid təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.