PSJ və "Mançester Yunayted" futbol klubları arasındakı yoldaşlıq matçı yekunlaşıb.

 

İdman.Biz bildirir oyun İsveçin Geteborq şəhərindəki "Ullevi" stadionunda baş tutub.

 

Qarşılaşma 1:1 hesabı ilə bitib.

 

Matçda hesabı PSJ-dən İbrahim Mbaye 2-ci dəqiqədə açıb. 27-ci dəqiqədə Brayan Mbemo cavab qolunu vurub.

 

Ötən mövsüm PSJ Fransa çempionu olub və UEFA Çmepionlar Liqasını qazanıb. "Mançester Yunayted" isə İngiltərə Premyer Liqasında üçüncü olub.