Şimali Makedoniyanın Skopye şəhərində gənclər arasında keçirilən Avropa Kubokuna start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının cüdoçuları Kənan Hüseynov (73 kq) və Nilgün Rzayeva (63 kq) tatami üzərinə çıxıb.

 

Nilgün Rzayeva uğurlu çıxış edərək turnirin bürünc medalına sahib çıxıb. Kənan Hüseynov isə mübarizəni erkən dayandırıb.

 

İki gün davam edəcək Avropa Kubokunda ölkəmizi ümumilikdə 12 cüdoçu təmsil edir. Yarışda 33 ölkədən 317 idmançı qüvvəsini sınayır.