Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin ailəsinə ağır itki üz verib. Məşhur idmançının atası - Oleq Kotsoyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Qeyd olunur ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançının atası öz vətənində - Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının Beslan şəhərində dəfn edilib.