"Sabah" və "Qarabağ" komandalarının avrokuboklarda pley-off mərhələsinə vəsiqə qazanmaq ehtimalları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.

UEFA Çempionlar Liqasında mübarizə aparan "Sabah"ın növbəti mərhələyə yüksəlmək şansı 26 faiz göstərilib. "Bayquşlar"ın III təsnifat mərhələsindəki rəqibi "Orhus"un isə pley-offa çıxmaq ehtimalı 74 faizdir.

"Qarabağ"ın da UEFA Konfrans Liqasında pley-offa yüksəlmək şansı rəqibindən aşağı qiymətləndirilib. "Köhlən atlar"a 38 faiz, Ukraynanın "Dinamo" (Kiyev) klubuna isə 62 faiz ehtimal verilib.

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Orhus"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" isə Konfrans Liqasının eyni raundunda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə məğlub olub.