İyulun 30-da cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turunda mübarizə davam edib. Sport24.az bildirir ki, turnirin ikinci günündə 193 cüdoçu tatamiyə çıxıb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda qızlar arasında -44 kq, -57 kq, +70 kq; oğlanlarda isə -55 kq, -73 kq çəki dərəcəsində medalçılar bəlli olub.

 

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

 

Mükafatçıları təqdim edirik:

Qızlar

-44 kq
1. Ayan Həsənli (Judo Club 2012)
2. Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
3. Məryəm Əhmədzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

-57 kq
1. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Esmira Bayramova (Xəzri İK)
3. Yağmur Əhmədzadə (Neftçi Sumqayıt)

+70 kq
1. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Aysu Quliyeva (Judo Club 2012)
3. Aişə Jestikina (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

Oğlanlar

-55 kq
1. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Aqil Nağıyev (RKİM)
3. Rəhim Əliyev (Şuşa UGİM)
3. Rəvan Abuşzadə (Neftçi Sumqayıt)

-73 kq
1. Rəsul Qasımov (Judo Club 2012)
2. Əli Əliyev (Neftçi Siyəzən)
3. Yaqub Nərimanzadə (Atilla İK)
3. Məhəmməd Niftəliyev (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)